14 C
Baku
21 Noyabr 2024, 18:21
Baş xəbərDünya

Hava limanında çaxnaşma! Təcili eniş zamanı uçuş-enmə zolağının yanında yanğın baş verib

Qantas Hava Yollarına məxsus sərnişin təyyarəsi mühərrik nasazlığı səbəbindən Avstraliyanın Sidney hava limanında məcburi eniş edib. Təyyarə eniş edərkən uçuş-enmə zolağının yaxınlığında baş verən yanğın hava limanı əməkdaşları tərəfindən nəzarətə götürülüb və hadisə ilə bağlı araşdırma aparılıb. Avstraliyanın Sidney hava limanından Sidney-Brisben reysi üçün qalxan Qantas Hava Yollarına məxsus iki mühərrikli sərnişin təyyarəsində mühərrik nasazlığı yaranıb.

Mühərriklərdən birində yaranan nasazlıqdan sonra sərnişin təyyarəsi havada bir neçə turdan sonra hava limanına məcburi eniş edib.

Rahat eniş edən təyyarədə xəsarət alan olmasa da, təyyarə təcili eniş edərkən uçuş-enmə zolağının düz yanında yanğın baş verib. Hava limanından sıx tüstünün qalxmasına səbəb olan ot örtüyündə baş verən yanğının nəzarət altına alındığını bildirən hava limanı rəsmiləri iki hadisə arasında əlaqə olub-olmadığını araşdırdıqlarını açıqlayıb.

Yanğının baş verdiyi ərazidə araşdırma və təmizləmə işlərinin aparıldığını bildirən səlahiyyətlilər, mümkün gecikmələrlə əlaqədar sərnişinlərə uçuşları yoxlamaq barədə xəbərdarlıq edib. Qantas Hava Yolları Boeing 737 tipli sərnişin təyyarəsində neçə sərnişinin olduğunu açıqlamayıb.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Binanı tərk etməyən və zəlzələ zamanı ölən tələbələrin günahı üzə çıxdı!

İntizar Əmirova

Apple iPhone-dan Android-ə keçməyi asanlaşdırır

Teymur Əziz

ABŞ-da COVID-19-a gündəlik yoluxmanın 44 faizi yeni ştamın payına düşür

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu