Dünya

Havada bomba xəbərdarlığı!

American Airlines şirkətinə məxsus təyyarə təhlükəsizlik səbəbi ilə Romaya məcburi eniş edib. Təhlükəsizlik səbəbinin bomba təhdidi ola biləcəyi bildirilərkən, təyyarədə aparılan yoxlama nəticəsində təhlükəsizlik probleminin olmadığı müəyyən edilib. Nyu-Yorkdan Yeni Dehliyə uçan American Airlines AA292 reysinin pilotları “mümkün təhlükəsizlik vəziyyəti” səbəbindən təcili eniş etmək qərarına gəliblər. Xəzər dənizinin üzərində olarkən pilotlar təyyarəni İtaliyaya yönləndiriblər.

İtaliya hava məkanına daxil olan American Airlines təyyarəsini Romaya enənə qədər iki İtalyan döyüş təyyarəsi müşayiət edib.

Boeing 787 Deamliner sərnişin təyyarəsində 285 sərnişinin olduğu və təhlükəsizlik vəziyyətinin bomba təhlükəsi ola biləcəyi ifadə edilib. Təyyarəyə baxış və sərnişinlərin təhlükəsizlik axtarışı başa çatıb. American Airlines yoxlama nəticəsində heç bir təhlükəsizlik probleminin aşkar edilmədiyini açıqlayıb. Təyyarənin ertəsi gün Nyu-Dehliyə uçuşunu həyata keçirəcəyi bildirilib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Çexiyanın ali məktəblərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək

İntizar Əmirova

İki məhəllə arasında dava düşdü, 7 nəfər yaralandı

Nigar Məmmədova

Vaşinqtonda şaxtalı soyuqlara baxmayaraq minlərlə insan Qəzzaya yürüş etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu