21 C
Baku
15 Mart 2025, 12:04
Baş xəbərDünya

Havada dəhşət anları: Stüardessa ayağını sındırıb

İspaniyadan Venesuelaya uçan təyyarədə olan sərnişin təyyarənin təcili çıxış qapısını açmağa çalışıb. Sərnişinlərlə ekipaj arasında baş verən davada stüardessanın ayağı sınıb. Sərnişinin Venesuelada yerli hakimiyyət orqanlarına təhvil verildiyi bildirilib. İspaniyanın paytaxtı Madriddən Venesuelanın paytaxtı Karakasa səfər edən Plus Ultra Lineas Aereas aviaşirkətinə məxsus təyyarədə çaxnaşma dolu anlar yaşanıb.

Təyyarədə olan bir sərnişin təyyarə havada olarkən təcili çıxış qapısını açmağa çalışıb. Sərnişinin bu cəhdinə təyyarədə olan stüardessa müdaxilə etmək istəyib.

Təyyarədə olan sərnişinlərin narahat baxışları arasında stüardessanın müdaxiləsinə mane olmağa çalışan sərnişin stüardessanın ayağını sındırıb.

Hadisə ilə bağlı açıqlama verən aviaşirkətin sözçüsü, “Sərnişinlərimizdən biri havaya qalxdıqdan bir neçə dəqiqə sonra təcili çıxış qapısını açmaq istəyib. Ekipaj cəld hərəkət edərək sərnişinimizi sakitləşdirib. Sərnişinimiz başqa yerə köçürülüb və uçuş tamamlanıb” dedi.

Mətbuat katibi sərnişinə müdaxilə edən stüardessanın ayağının sındığını və bir müddət işləyə bilməyəcəyini, 8,5 saatlıq uçuşun sonunda sərnişinin yerli hakimiyyət orqanlarına təhvil verildiyini bildirib. Uçuşun 30 dəqiqə tez başa çatdırılması da yayılan məlumatlar arasında idi.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Kraliça Consort Kamilla Şahzadə Harrini III Çarlzın vəsiyyətindən kənarlaşdırmaq istəyir

Kəmalə Sultan

Uşaqlar niyə yalan danışır? – EKSPERT RƏYİ

Kəmalə Sultan

“Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlar 17-18 yaşına qədər həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu