19 C
Baku
22 Noyabr 2024, 15:03
Baş xəbərDünya

Havada yanğın panikası: Quş təyyarəyə dəydi və mühərrik alovlandı

Bu dəfə “Boeing” sərnişin təyyarəsi baş verən xoşagəlməz hadisə ilə gündəmə gəlib. Romadan Çinə uçan Hainan Hava Yollarına məxsus təyyarənin üzərinə quşun düşməsi mühərrikdə yanğına səbəb olub. 249 sərnişin və 16 ekipaj üzvü olan təyyarədə çaxnaşma yaranıb.

Pilotlar təhlükəsizlik protokollarına əməl edərək dəniz üzərindən yanacaq boşaldıb, sonra isə havaya qalxdıqları Romadakı Fiumicino hava limanına qayıdıblar.

İtaliya rəsmilərinin açıqlamasına görə, fövqəladə eniş uğurla həyata keçirilib və hava limanının hərəkətində heç bir maneə yaratmayıb. Təyyarə texniki ekspertizaya aparılıb.

Aviasiya mütəxəssisləri bildiriblər ki, quşların zərbələri, xüsusən də mühərriklərə dəysə, ciddi təhlükələr yarana bilər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Aprelin 26-da gözlənilən hava şəraiti

Aynur Camal

Evdən məişət əşyaları oğurlandı

Aynur Camal

“Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınmaqdadır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu