Hindistanın səlahiyyətliləri paytaxt Yeni Dehlidə havanın çirklənməsi səbəbindən vətəndaşlara mümkün qədər “evdə qalmaq” barədə xəbərdarlıq edib.
IQAir texnologiya şirkətinin məlumatlarına görə, paytaxt Yeni Dehlidə Hava Keyfiyyəti İndeksi (AQI) “təhlükəli” olaraq təyin olunan 300 həddini keçərək 581-ə yüksəldi.
Səlahiyyətlilər, vətəndaşların havanın çirklənməsi səbəbindən nəfəs almaqda çətinlik, göz və boğazda qaşınma kimi şikayətlərlə qarşılaşa biləcəyini ifadə edərək, insanları bağlı yerlərdə qalmağa çağırıb.
IQAir rəsmisi Frank Hammes, Yeni Dehlidə havanın çirklənməsinin Covid-19-dan daha çox ictimai sağlamlığa təsir göstərə biləcəyini qeyd etdi.
Səhiyyə mütəxəssisləri çölə çıxmalı olan vətəndaşlara maska taxmağı tövsiyə edib.
“Mərhələli Döyüş Fəaliyyət Planı (GRAP)” çərçivəsində məktəblərin əksəriyyəti təhsildə hibrid modelə keçərkən, bütün tikinti və söküntü işləri müvəqqəti olaraq qadağan edilib.
Yeni Dehli və ətraf ştatlar hər qış işlənmiş qazlar, odun, kömür və ya küləşin yanması və aşağı küləyin sürəti səbəbindən yüksək səviyyəli hava çirkliliyi ilə üzləşir.
Mənbə: TrtHaber