ABŞ dövlət katibi Antoni Blinken Sudanda ordu ilə toqquşan Çevik Dəstək Qüvvələrinə (HDK) 24 saatlıq atəşkəs üçün çağırış edib.
Bugun.tv xəbər verir ki, bu barədə HDK -nın komandiri Məhəmməd Həmdan Dağalu Twitter hesabında yazıb.
O, bildirib ki, Antoni Blinkenin mülki şəxslərin təhlükəsiz keçidi və yaralıların təxliyyəsi üçün çağırışını qəbul edərək HDK 24 saat geri çəkilib. Ancaq Sudan Silahlı Qüvvələri atəşkəs çağırışına məhəl qoymur.
“Ordu havadan sıx məskunlaşan əraziləri bombaladı və mülki insanların həyatını təhlükəyə atdı. Bu hərəkətlər beynəlxalq və humanitar hüququn əsas və prinsiplərinin açıq şəkildə pozulmasıdır”- Dağalu qeyd edib.
Qeyd edək ki, aprelin 15-də Sudanın paytaxtı Xartumda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar baş verib. Nəticədə 10-larla insan həyatını itirib.
Mənbə: TRT haber