19 C
Baku
8 Sentyabr 2024, 3:25
Dünya

HƏMAS-a 40 günlük atəşkəs təklif edildi

Britaniyanın xarici işlər naziri Devid Kemeron HƏMAS-a 40 günlük atəşkəs təklif edildiyini açıqlayıb. Kemeron bəyan edib ki, təklifə İsrail girovları müqabilində minlərlə fələstinli məhbusun azad edilməsi daxildir.

Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunda açıqlama verən Kemeron, “Qəzzada 40 günlük atəşkəs üçün məhbusların azad edilməsi müqabilində səxavətli bir təklif var” deyib.

“Girovlar azad edilənə qədər bu münaqişə bitməyəcək”, – deyə Kemeron əlavə edib.

 “Hesab edirəm ki, HƏMAS rəhbərliyi və İsrailə qarşı 7 oktyabr hücumuna görə məsuliyyət daşıyanlar Qəzzanı tərk etməli və iki dövlətli həll üçün siyasi perspektiv yarada bilməlidirlər”.

Cameron bildirib ki, HƏMAS-a təqdim edilən təklifə 40 günlük müvəqqəti atəşkəs və İsrail girovları müqabilində minlərlə fələstinli məhbusun azad edilməsi daxildir.

Britaniyalı nazir “Ümid edirəm ki, HƏMAS bu razılaşmanı qəbul edər və düzünü desəm, bu gün dünyanın bütün təzyiqləri və gözləri Həmas üzərində olmalı, onlara “bu təklifi qəbul edin” deməlidir”.

Mənbə: Ntv.Tr

İntizar Əmirova

Oxşar xəbərlər

Netanyahunun silah şikayətindən sonra ABŞ yük təyyarəsi Təl-Əvivə enib

Aynur Camal

Polşa heç bir qaçqını qəbul etməyəcək və heç bir pul ödəməyəcək

Aynur Camal

Əfqanıstan meymun çiçəyi virusuna qarşı dünyadan kömək istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu