27 C
Baku
26 İyul 2025, 7:55
Baş xəbərSiyasət

HƏMAS: Bizim 200-250 məhbusumuz var

Bugun.tv xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde bildirib ki, əllərində 200-250 məhbus var. Əbu Ubeyde  “TRT Haber” in məlumatına görə, HƏMAS-ın internet saytında yayımlanan videosunda oktyabrın 7-dən bu yana davam edən münaqişələrlə bağlı açıqlama verib. İsraillə qarşıdurmalarda əsir düşənlərin sayının 200-250 arasında olduğunu bildirən Əbu Ubeyde, onlardan 200-nün Qəssam Briqadalarının, qalanlarının isə digər Fələstinli qrupların əlində olduğunu bildirib.

Sözçü Əbu Ubeyde, “İsrailə hücumda əsir düşənlər arasında bir qrup xarici ölkə vətəndaşı da var. Onlar bizim qonaqlarımızdır, onları qorumağa çalışırıq və lazım olan vaxtda azad edəcəyik” dedi. dedi.

İsrailin Qəzzaya hücumlarından qaçan fələstinlilər xəstəxanalara sığınmağa davam edir. Əbu Ubeydə İsrail həbsxanalarındakı fələstinli məhbuslarla bağlı məsələ ilə bağlı “Əsir götürdükləri şəxslərin dosyesi ilə yaxınları həbsdə olan fələstinli ailələrin üzlərini sevindirməkdə qərarlıdırlar” dedi. İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda məhbuslardan 22-nin həyatını itirdiyini bildirən Əbu Ubeyde hücumlarda həyatını itirən son məhbusun Tel-Əvivli rəssam Guy Olives olduğunu bildirib. Əbu Ubeyde həmçinin əlavə edib ki, İsrailin quru əməliyyatına başlayacağı ilə hədələnməsi onları qorxutmayıb.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Bu ailələrdə hər uşağa bu gündən hər ay 140 manat ödəniləcək

Aynur Camal

Külli miqdarda narkotik vasitələr aşkarlandı

Aynur Camal

“Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihə fəaliyyətə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu