14 C
Baku
15 Aprel 2026, 17:52
Dünya

HƏMAS-dan atəşkəs bəyanatı

HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan Qətərin paytaxtı Dohada davam edən atəşkəs danışıqlarından hələlik müsbət siqnalların olmadığını bildirib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Qəzzada atəşkəslə bağlı paytaxt Dohada dünən başlayan vasitəçilik danışıqlarının bu gün də davam edəcəyini açıqlayıb.

Həmdan Dohada davam edən danışıqlarla bağlı açıqlama verib. Danışıqlarda birbaşa iştirak etməyən HƏMAS bəyan edib ki, danışıqların hansı mərhələsinə dair dəqiq mənzərə yoxdur.

Həmdan, “Müzakirəçilər fikir ayrılıqlarını həll etmək üçün danışıqları davam etdirirlər. Ancaq aydındır ki, İsrail tərəfi şərtləri artırıb, yeni məsələlərdən danışırlar”  deyib.

Həmdan əlavə edib ki, işğal rejimi müsbət siqnal verərsə, HƏMAS yenidən danışıqlara qatıla bilər.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu