28 C
Baku
9 İyun 2025, 18:15
Dünya

HƏMAS-dan Qəzzada atəşkəslə bağlı açıqlama

HƏMAS-ın yüksək rütbəli rəsmisi: Dohadakı danışıqlardan bizə çatdırılanlar iyulun 2-də razılaşdırılanla uyğun gəlmir.

Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi üçün danışıqlar Qətərin paytaxtı Dohada başlayıb, lakin İsrail hücumlarını davam etdirdiyi üçün Həmas Dohadakı danışıqlara qatılmayıb.

Vasitəçilər danışıqların təfərrüatları ilə bağlı məlumatları HƏMAS-a çatdırıblar. Bunun üzərinə HƏMAS-ın adı açıqlanmayan yüksək rütbəli rəsmisi Britaniyanın Reuters xəbər agentliyinə danışıb. Həmas rəsmisi onlara çatdırılan detalların iyulun 2-də razılaşdıqları məsələlərlə uyğun gəlmədiyini vurğulayıb.

Danışıqlarda iştirak edən vasitəçilər ABŞ, Misir və Qətər də birgə bəyanatla çıxış ediblər. Buna uyğun olaraq, ABŞ ötən həftə razılaşdırılmış məqamlar üzrə razılaşma təklif edib. Vasitəçilərin razılaşdırılmış maddələr əsasında razılığa gəlmək ümidi ilə ən geci bazar gününə qədər yenidən görüşəcəkləri bildirilib. “Vasitəçilər atəşkəs layihəsi üzərində işləməyə davam edəcəklər”, – deyə bildirilib.

Mənbə:  TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Cənubi Koreya ilk yerli raketini uğurla buraxıb

Aynur Camal

Göydə gərginlik yüksəldi! Britaniya və Rusiya təyyarələri üz-üzə gəlib

Aynur Camal

Rusiya: Donetsk vilayətində Klaşçeyevka qəsəbəsini ələ keçirdik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu