20 C
Baku
12 Sentyabr 2025, 16:28
Dünya

HƏMAS: Doha hücumu bütün danışıqlar prosesinə qarşı cinayət və sui-qəsddir

Həmas Hərəkatı İsrailin Qətərin paytaxtı Dohada danışıqlar qrupuna hücumunun sui-qəsd və bütün danışıqlar prosesinə qarşı cinayət olduğunu bəyan edib.

Əl-Əqsa telekanalı Həmas lideri Fəvzi Berhumun keçirdiyi mətbuat konfransını yayımlayıb.

Dohadakı hücumu şərh edən Berhum deyib:

“HƏMAS danışıqlar qrupuna hücum sadəcə komandaya qarşı sui-qəsd cəhdi deyil, Qətər və Misirdəki vasitəçi qardaşların rolunu hədəf alan bombardman və danışıqlar prosesinin tam şəkildə öldürülməsidir. Hücumun özü açıq sübutdur ki, bütün keçmiş danışıqların uğursuzluğuna görə yeganə məsuliyyət Netanyahu və onun ifrat sağçı hökumətindədir.”

Berhum bəyan edib ki, hücum İsrailin baş naziri Binyamin Netanyahu və onun cinayətkar dəstəsinin hər hansı razılığa gəlməkdən imtina etdiyini təsdiqləyir. O, həmçinin qeyd edib ki, bu hücum Təl-Əviv hökumətinin müharibəni bitirmək və Qəzza xalqına qarşı törədilən soyqırımı və aclığı dayandırmaq məqsədi daşıyan bütün regional və beynəlxalq səylərə mane olmaqda israrlı olmasının əyani təsdiqidir.

Sentyabrın 9-da İsrail ordusu Qətərin paytaxtı Dohada Həmas danışıqlar qrupunun yerləşdiyi binaya döyüş təyyarəsi ilə hücum edib.

HƏMAS rəhbərliyinin İsrailin sui-qəsd cəhdindən sağ çıxdığını, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil Hayyenin oğlu və HƏMAS-ın dörd üzvünün hücumda öldürüldüyünü açıqlayıb. Qətər də bir polis məmurunun ölümünü açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirildi

Aynur Camal

Məşhur kolleksiyaçı haqqında cinayət işi açılıb

Nigar Məmmədova

7,68 milyard dollarlıq ortaqlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu