24 C
Baku
11 Sentyabr 2025, 23:36
DünyaSiyasət

HƏMAS-ın atəşkəs reaksiyasından sonra ABŞ Qətərdəki danışıqlar qrupunu geri çağırıb

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff, HƏMAS-ın atəşkəslə razılaşmaq istəmədiyini əsas gətirərək Qətər danışıqlar qrupunu geri çağırmağa qərar verdiklərini açıqlayıb.

Qəzzada atəşkəsə nail olmaq üçün aparılan danışıqlar dalana dirənib.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzza zolağında atəşkəsin əldə edilməsi üçün Qətərin paytaxtı Dohada keçirilən danışıqlarla bağlı sosial media hesabından açıqlama yayıb.

“Həmasın Qəzzada atəşkəsə nail olmaq istəmədiyini açıq şəkildə göstərən son cavabından sonra biz komandamızı məsləhətləşmələr üçün Dohadan geri çağırmaq qərarına gəldik”, – Witkoff bildirib.

HƏMAS-ın koordinasiya və ya yaxşı niyyətlə hərəkət etmədiyini iddia edən Witkoff, “İndi girovları evlərinə qaytarmaq və Qəzza xalqı üçün daha sabit bir mühit yaratmaq üçün alternativ variantları nəzərdən keçirəcəyik” deyib.

Witkoff Qəzzada davamlı sülhün əldə edilməsinə sadiq olduqlarını bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Son xəbərlər… Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Esma Əsəd dünyasını dəyişib

Bugün TV

Çində rüşvət aldığı üçün keçmiş məmur ölüm cəzasına məhkum edilib

Bugün TV

Niyə bir pişik onu oxşadığınız zaman əlinizi dişləyir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu