24 C
Baku
12 Sentyabr 2025, 0:22
Dünya

HƏMAS “İsrail əsgərlərini əsir götürdü” Təl-Əviv təkzib etdi

HƏMAS İsrail əsgərlərinin əsir götürüldüyünü açıqlayıb və video yayımlayıb. İsrail isə belə bir hadisənin baş vermədiyini iddia edib.

Həmas Cibaliyə Qaçqınlar Düşərgəsinə basqın zamanı bəzi İsrail əsgərlərinin öldürüldüyünü, bəzilərinin isə əsir götürüldüyünü açıqlayıb. İsrail əsgərlərinin əsir götürülmədiyini iddia edib. HƏMAS sözçüsü Əbu Ubeyde yayımladığı səs yazısında HƏMAS-ın bir qrup İsrail əsgərini aldadaraq Cibaliye Qaçqınlar Düşərgəsinin altındakı tunellərə sövq etdiyini bildirib. Qeydə görə, HƏMAS üzvləri tunelin girişində və içərisində İsrail əsgərlərini “pusquya salıblar”. Əbu Ubeyde tərəflərin əvvəlcə toqquşduğunu, daha sonra HƏMAS-ın partlayıcıdan istifadə etdiyini bildirib.

Yayımlanan səs yazısına görə, partlayış nəticəsində bəzi İsrail əsgərləri həlak olub, bəziləri isə huşunu itirib. HƏMAS bəzi İsrail əsgərlərinin əsir götürüldüyünü və hərbi texnikanın ələ keçirildiyini bildirib. Paylaşılan videoda İsrail əsgəri olduğu düşünülən şəxsin sürükləndiyi və bəzi hərbi texnikanın olduğu görünür.

İsrail ordusunun sözçüsü Əbu Ubeydənin iddialarını təkzib edərək, “Bir əsgərin qaçırıldığı bir hadisə olmayıb” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

NASA 31 milyon kilometr uzaqlıqdan Yerə pişik videosu göndərdi

Teymur Əziz

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

Bugün TV

Avropadan Asiyaya 1 Mayın qeyd olunduğu ölkələr! Dünyadan görüntülər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu