HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk İsrail ordusunun Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı fələstinli məhbuslardan canlı qalxan kimi istifadə etməsini “tam hüquqlu hərbi cinayət” kimi qiymətləndirib və İsrailin mühakimə olunmasını istəyib.
Rişk verdiyi yazılı açıqlamada, “Nasist işğal ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı fələstinli əsirlərdən canlı qalxan kimi istifadə etməsi tam hərbi cinayətdir” deyib.
Bunun bütün müharibə qanunlarının və məhbusların hüquqlarının açıq şəkildə pozulması olduğunu və bütün beynəlxalq konvensiyalara, qanunlara və razılaşmalara məhəl qoymamaq anlamına gəldiyini bildirən Rişk, canlı qalxan cinayətinin aclıq da daxil olmaqla, hər cür pozuntunun yer aldığı siyahıya daxil olduğunu sözlərinə əlavə edib.
Fələstinli məhbus və əsirlərin hansı təhqir və təzyiqlərə məruz qaldığını da vurğulayıb.
Bu pozuntuların həmçinin “qəsdən tibbi səhlənkarlıq, yemək və dərmandan məhrumetmə, əzaların sınması, yavaş-yavaş qətllər və tarlada edamlar” olduğunu qeyd edən Rişk Beynəlxalq Ədalət Məhkəməsini və Beynəlxalq Cinayət Məhkəməsini “canlı qalxan cinayətini əlavə etməyə” çağırıb. Bunu “işğal liderlərinin mühakimə olunduğu döyüş cinayətləri faylı” adlandırıb.
İsrail əsgərləri iyunun 22-də Ceninin Əl-Cabiriyyət rayonunda evə basqın zamanı 3 gənci tapança ilə yaralayıb, bu gənclərdən birini hərbi cipin kapotuna bağlayıb canlı qalxan kimi istifadə edib. Bunun qarşısını almağa çalışanl yardım qrupları yaralı Fələstinliyə çatıb.
Mənbə: TrtHaber
