19 C
Baku
8 Sentyabr 2024, 3:32
Hadisə

HƏRBİ PROKURORLUĞUN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Bugun.tv xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin N saylın hərbi hissəsiin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğluna düşmən tərəfdən atəş açılıb. Nəticədə yaralanıb. Bu barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb. Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb. Hadisə yerinə baxış keçirilmiş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib. Müvafiq ekspertizalar təyin edilib. İcraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir. Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilib. Norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Allahdan hərbçimizə şəfa diləyirik.

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Təbii qaz partlayışı: 4 yaralı var

Bugün TV

Yüngül ticari avtomobillə toqquşan yük maşınının sürücüsü həyatını itirdi

Bugün TV

13 avtomobilin iştirakı ilə baş verən qəza nəqliyyatın hərəkətini dayandırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu