34 C
Baku
27 İyul 2025, 13:35
DünyaSiyasət

Hersoq Qəzzaya səfər etdi

İsrailin blokadası altında olan Qəzzada humanitar faciə baş verir…

İsrailin qadın, uşaq və qocaların da olduğu günahsız mülki insanları hədəfə aldığı hücumlarda Qəzza zolağında son 24 saatda daha 113 mülki vətəndaşın cəsədinin xəstəxanalara çatdırılması ilə 7 oktyabr 2023-cü ildən bu yana ölənlərin ümumi sayının 59 min 219-a çatdığı bildirilib.

İsrailin hücumları davam edərkən, Tel-Əviv və Həmas arasında dolayı atəşkəs danışıqları davam edir.

Məlumata görə, İsrail prezidenti Hersoq Qəzzaya səfər edib.

Orada İsrail əsgərlərinə müraciət edən Hersoq, “İntensiv danışıqlar gedir və ümid edirəm ki, tezliklə yaxşı xəbərlər eşidəcəyik” deyib.

Bu arada İsrailin Kanal 13 televiziyasında son həftələrdə yayılan xəbərdə Qətərin paytaxtı Dohada davam edən danışıqlarda, xüsusilə də israilli məhbusların azadlığa buraxılması ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunduğu bildirilib. Danışıqlar qrupuna yaxın olan İsrail rəsmisi, “İndi razılaşmaya gedən yol açılıb” deyib.

Hesabatda İsrailin baş naziri Benyamin Netanyahunun İsrail ordusunun Qəzza zolağından çıxarılması ilə bağlı əlavə çevikliyi təsdiqlədiyi və bu qərarın danışıqlarda irəliləyişə töhfə verdiyi qeyd edilib.

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs üçün lazım olan şərtləri qəbul etdiyini açıqlayıb.

Təklifi HƏMAS-a atəşkəs danışıqlarında vasitəçilik edən Qətər və Misir təqdim edib.

Həmas Qəzzada İsraillə atəşkəs və məhbus mübadiləsi razılaşması təklifinə verdiyi “müsbət cavabını” vasitəçilərə çatdırıb və atəşkəsin həyata keçirilməsi üçün danışıqlara hazır olduğunu bəyan edib.

Təl-Əviv hökuməti HƏMAS-ın Qətərin Qəzzada atəşkəslə bağlı təklifinə düzəlişinin qəbuledilməz olduğunu müdafiə edib. Lakin İsrail nümayəndə heyəti danışıqlar üçün Qətərin paytaxtı Dohaya gedib.

Qeyd olunub ki, Dohada aparılan danışıqlarda fikir ayrılıqları böyük ölçüdə həll edilib, lakin İsrailin Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunis şəhərlərini ayıran Rəfah və Moraq dəhlizinin işğalını davam etdirmək israrının ardı-arası kəsilməyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

12 ştat Trampa qarşı birləşir

Aynur Camal

İsveçrə Ukrayna Sülh Sammitinə ev sahibliyi edəcək

Kəmalə Sultan

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən rəsmi heyət təhsil sektoru üzrə əməkdaşlıq məqsədilə Bakıya səfər edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu