Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (“Frontex”) ilkin məlumatlarına görə, 2025-ci ilin ilk yeddi ayında Avropa İttifaqına qeyri-müntəzəm sərhəd keçidləri 18 faiz azalaraq 95 200-ə düşüb.
Bugun.tv “Frontex”in saytına istinadla xəbər verir ki, əsas miqrasiya marşrutlarının əksəriyyətində azalma müşahidə olunsa da, Aralıq dənizinin üç istiqamətində təzyiq yüksək olaraq qalır. Milli hakimiyyət orqanlarını dəstəkləyən 3 400-dən çox “Frontex” əməkdaşı Aİ sərhədlərin qorunması və dənizdə insanların həyatını xilas etmək öhdəliyini davam etdirir. Qərbi Balkan ölkələri (-47%), Şərqi Quru Sərhədləri (-45%) və Qərbi Afrika (-46%) marşrutlarında keçidlərdə əhəmiyyətli azalmalar qeydə alınıb. Bununla yanaşı, Mərkəzi Aralıq dənizi ən işlək marşrut olaraq qalır və Aİ-yə hər beş qanunsuz keçiddən ikisini təşkil edir. Bu ilin ilk rübündə “Channelup” vasitəsilə Böyük Britaniyaya qeyri-müntəzəm keçidlər artıb. Bu istiqamətdə ən çox qanunsuz miqrant Banqladeş, Misir və Əfqanıstan vətəndaşları olub.
Mənbə: AZƏRTAC
