34 C
Baku
27 İyul 2025, 13:31
Baş xəbərKriminal

Hesabı ödəyən şəxsi izləyərək onun 8500 manatını əlindən alan şəxslər saxlanıldı

Bugun.tv-yə Daxili İşlər Nazirliyindən bir neçə cinayətin üstünün açılması məlumatı daxil olub.

Belə ki, “Pub”da hesabı ödəyən şəxsi izləyərək onun 8500 manatını
quldurluq yolu ilə əlindən alan şəxslər saxlanılıblar.

Həmçinin Nəsimi rayonunda 4 nəfər bir nəfəri döyərək onun 8512 manat pulunu, sənəd və pul kisəsini ələ keçiriblər. Əməliyyat nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni Nəsimi rayonunda yerləşən “pub”lardan birində hesabı ödəyən zaman görüblər. Onun cibində pul olduğunu bildikdən sonra isə zərərçəkəni izləyərək quldurluq yolu ilə həmin vəsaitləri ələ keçiriblər. Dəstə üzvləri pulu Xəzər Ələsgərovun Abşeron rayonunda yerləşən evində aralarında bölüblər.
Faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İdarə əməkdaşları tərəfindən həmçinin ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı da əməliyyatlar keçirilib. Tədbir zamanı daha 4 nəfər – Əmrulla Hüseynov, Fərid Əliyev, Seymur Muxtarlı və İlahə Fərzullayeva saxlanılıblar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələr vasitəsi ilə onlayn yolla əldə etdiklərini və paytaxt ərazisində narkokuryerliklə məşğul olduqlarını bildiriblər.
Qeyd edilən faktlarla bağlı da Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Yonhap: Cənubi Koreyada hücuma məruz qalan müxalifət lideri xəsarət aldı

İntizar Əmirova

Fazil Məmmədovun dəfn vaxtı və yeri müəyyənləşib

Bugün TV

Balıkesirdə meşə yanğını

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu