27 C
Baku
10 İyun 2025, 12:22
Baş xəbərİdman

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş həvəskar komandalar arasında futbol turnirinə start verildi

Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının təşəbbüsü ilə həvəskar komandalar arasında futbol üzrə (13-25 may) şəhər turnirinə start verilib.

Bu barədə Bugun.tv -yə Mingəçevir şəhər İcra Hakimiyyətindən bildirilib.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli, şəhərin müəssisə və təşkilat rəhbərləri, Vətən müharibəsi əlilləri, şəhərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, İctimai Şuranın üzvləri, şəhər ictimaiyyəti nümayəndələri və şəhər gəncəri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsinin ardından Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhər İcra Hakimiyətinin başçısı İlham İsmayılov çıxış edərək komandalara uğurlar arzulayıb. Başçı, müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətindən bəhs edərək, Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğını qeyd edib. O, futbolçulara “bu gün hər biriniz qalibsiniz, çünki bu yarışa qatılmağınız sizin qalibiyyətinizdir” deyib.YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev turnirdə çıxış edərək bildirib ki, Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. “Ulu Öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməyib”, -deyə o, vurğulayıb və komandalara uğurlar diləyib.
Çıxışlardan sonra həvəskar futbol komandaları oyuna start götürüblər.

Qeyd edək ki, yarış 13 -25 maya qədər davam edəcək. Turnirdə 10 komandanın iştirakı nəzərdə tutulur.

Nigar Məmmədova

Oxşar xəbərlər

Qazaxıstan Mədəniyyət Günləri xalqlar arasında dostluq körpüsü

İntizar Əmirova

“Yeniyetmələri intihara sövq edən səbəb nədir?”- DEPUTAT YAZIR

Nigar Məmmədova

Adanada yol qəzası oldu: 1 ölü, 3 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu