Mədəniyyət

Heydər Əliyev ili ilə bağlı konsert keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər davam edir. Bu münasibətlə paytaxtda solo konsert təşkil olunub.

Bugun.tv xəbər verir ki, tədbir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub. Gecədə Qara Qarayev adına Azərbaycan dövlət Kamera Orkestrinin müşayiəti ilə Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın tələbəsi, Respublika və beynəlxalq müsabiqələr laureatı Surə Rüfət violində müxtəlif ifalar təqdim edib. Konsertin dirojoru isə Orxan Həşimov olub. Musiqi axşamı Mədəniyyət Nazirliyi, həmçinin Filarmoniyanın “Gənclərə dəstək” layihəsi çərçivəsində keçirilib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

İsraildə yaşayan azərbaycanəsilli müğənni Leyla Valayeva Channel 13-də çıxış etdi

Aynur Camal

Venesiya Film Festivalı üçün 2026 proqramında Asiya kinematoqrafiyası geniş yer alacaq

Aynur Camal

Şuşada Azərbaycanın qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşasının premyerası keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu