Bugun.tv – xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası və Böyük Qayıdış Gənclər Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” mövzusunda panel müzakirə təşkil olunub.
Bu barədə məlumatı deputat Ceyhun Məmmədov öz sosial media hesabında paylaşıb.
Tədbirdə deputat çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə verdiyi xüsusi önəmdən və bu sahəyə etdiyi dəyərli töhfələrdən danışıb. O bildirib ki, Heydər Əliyev irsi gənc nəslin formalaşmasında əvəzsiz ideya və rəhbər prinsip kimi böyük rol oynayır.
Panel zamanı müasir Azərbaycan gənclərinin vətənpərvərlik ruhu, təhsilə və elmə marağı, milli kimliyə sadiq qalaraq qlobal dünyaya açıq düşüncə tərzi vurğulanıb. Qeyd olunub ki, gənclərin Heydər Əliyev ideyalarına əsaslanması ölkənin davamlı inkişafına və elmi-mədəni potensialın möhkəmlənməsinə mühüm töhfə verir.
Sonda bildirilib ki, bu cür panel müzakirələr gənclərin bilik və təcrübə mübadiləsini genişləndirməklə yanaşı, onların milli-mənəvi dəyərlərlə zəngin liderlik keyfiyyətlərinin inkişafına şərait yaradır və fəal vətəndaş kimi formalaşmasına dəstək olur.
