27 C
Baku
28 İyun 2025, 12:11
Baş xəbərSosial

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Bugun.tv xəbər verir ki, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər davam etdirilir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Şəhidlər xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib.

Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri, eləcə də şəhid ailələri və yaxınlarının iştirak etdiyi aksiyada əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə vermək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək, habelə şəhidlərimizin əziz xatirələrini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada həmişəyaşıl ağaclar əkilib. Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Dövlət sərhədini pozanlar saxlanılıblar

Aynur Camal

Mariya Zaxarova: “Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün əlimizdən gələni edirik”

Nigar Məmmədova

Bakı Paşinyana cavab verib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu