35 C
Baku
20 İyul 2025, 10:48
Baş xəbərSiyasət

Heydər Əliyev irsi Lordlar Palatasında anıldı

Bugun.tv-yə Elm və təhsil nazirliyindən daxil olan məlumata görə, bu gün Lordlar Palatasında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyadakı səfirimiz Elin Süleymanov, elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə görüş keçirilib.

Məlumatda bildirilir ki, görüşün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığı vurğulanıb, onun misilsiz rolu qeyd olunub.

Görüşdə, eyni zamanda iki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Xaricdə təhsil üzrə dövlət proqramları çərçivəsində Böyük Britaniya ali təhsil müəssisələrinin Azərbaycan vətəndaşlarının üstünlük verdiyi universitetlər siyahısında yer aldığı bildirilib.

Ümumtəhsil, ali təhsil və tədqiqat sahələrində əməkdaşlığın inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Rusiya münasibətlərinin kəsilməsi mümkünsüzdür.

Bugün TV

BUDO reysləri ləğv edildi

İntizar Əmirova

Politoloq: “Rusiya və Azərbaycan anlaşır, Ermənistan daha da təklənir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu