Siyasət

Heyq Amerikanın Ukraynaya silah tədarükü ilə bağlı qərar verdiyini etiraf etdi

Britaniya Ukraynaya silah tədarükünü müstəqil şəkildə genişləndirə bilməyəcək. Çünki bununla bağlı əsas qərarlar hələ də Vaşinqtonda qəbul edilir.

Bugun.tv xəbər verir ki, bunu Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Heyq rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarovla söhbətində bildirib.

Beləliklə,  keçmiş diplomat ABŞ-ın Ukraynaya silah tədarükü ilə bağlı qərar verdiyini etiraf edib.

Eyni zamanda, Uilyam Heyq Ukraynanın NATO-ya daxil olması prosesinin uzun illər çəkəcəyini də vurğulayıb.

Qeyd edək ki, Heyq 2010-2014-cü illərdə Britaniyanın Xarici İşlər Naziri vəzifəsində çalışıb.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Ekspert: “İran ABŞ-a öz şərtlərini diktə edir”

Aynur Camal

Lavrov: Rusiya Ukraynada atəşkəslə bağlı Avropanın tələbini qəbul etməyəcək

Aynur Camal

Ekspert Əbu-Dabi danışıqlarından müsbət nəticə gözləmir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu