Hadisə

Heyvan yemi üçün əkilmişdi, milyonlarla hektar ərazini işğal etdi

ABŞ-da illər əvvəl torpaq eroziyasının qarşısını almaq və heyvan yemi kimi istifadə olunması məqsədilə ölkəyə gətirilən Sericea lespedeza bitkisi zamanla nəzarətdən çıxaraq ən təhlükəli invaziv növlərdən birinə çevrilib.

Asiya mənşəli bu bitki yol kənarlarında, bəndlərdə və deqradasiyaya uğramış torpaqlarda geniş şəkildə əkilmişdi. Gənc vaxtlarında qidalı hesab olunsa da, yetişdikcə tərkibində tanen maddəsinin miqdarı artır. Bu isə bitkinin gövdə və yarpaqlarını sərtləşdirir, nəticədə iribuynuzlu heyvanlar onu yeməkdən imtina edir.

İstehlak edilmədiyi üçün bitki sürətlə yayılaraq təbii otlaqları sıxışdırmağa başlayıb.

Hazırda ABŞ-ın bir çox ştatında Sericea lespedeza invaziv növ kimi qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, bitki həm biomüxtəlifliyə, həm də kənd təsərrüfatı sahələrinə ciddi təhlükə yaradır. Araşdırmalar onun ifraz etdiyi kimyəvi maddələrin digər bitkilərin inkişafını da zəiflədə bildiyini göstərir.

Səlahiyyətli qurumlar invaziv bitkinin yalnız bir üsulla nəzarət altına alınmasının mümkün olmadığını, onunla mübarizə üçün kompleks tədbirlərin vacib olduğunu bildirirlər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Cənubi Koreyada rekord istilər: Seul tarixində ilk dəfə ən yüksək səviyyəli istilik xəbərdarlığı elan etməyə hazırlaşır

Aynur Camal

Miqrasiya böhranı: Ailələr itkin düşən övladlarını axtarır

Aynur Camal

Qara dənizdə Türkiyə bayraqlı yük gəmisinə dron hücumu – 4 ekipaj üzvü yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu