9 C
Baku
20 Fevral 2026, 14:18
Baş xəbər

Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunda (Hİİ) Xarici dil mərkəzinin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təşkilatçılığı ilə keçirilən intensiv ingilis dili kursları başa çatıb.

Kursların başa çatması münasibətilə Hİİ-də buraxılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən MMU rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld və Britaniya Şurasının Britaniya Konsul təşkilatının Azərbaycan Respublikasındakı filialının direktoru Nərgiz Hacıyeva kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.

Kurs birinciləri yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də ingilis dilinin öyrədilməsində əməyi keçən professor və müəllim heyətinə dinləyicilər adından dərin minnətdarlıqlarını bildiriblər.

Sonda məzunlara sertifikatlar təqdim olunub.

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Səfərdə olan şəxslər oruc tutmaya bilərlər

Aynur Camal

Vüqar Bayramov: İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın qlobal sülh gündəliyində rolunu gücləndirir

Aynur Camal

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu