27 C
Baku
23 İyul 2025, 1:50
Baş xəbər

Hikmət Hacıyev: “Sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdır”

“Biz sülh gündəmini dəstəkləyirik və hesab edirik ki, iki ölkə arasında sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdır

Bugun.tv xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”a müsahibəsində deyib.

O, ilk olaraq antiterror tədbirinin mahiyyətindən söz açıb və bunun məhdud xarakter daşıdığını vurğulayıb:

“Nəticədə hərbi infrastruktur böyük ölçüdə zərərsizləşdirilib. Bu gün biz qısamüddətli antiterror tədbirinin dayandırıldığını deməkdən şadıq. Onlar öz silahlı qüvvələrini ərazidə tərksilah edirlər. Azərbaycan öz niyyətini çox açıq şəkildə bildirdi ki, əgər onlar hərbi birləşmələri tərksilah etsələr və ya tərksilah etmək qərarına gəlsələr, Azərbaycan bu antiterror tədbirini dayandırmağa və Yevlağa və Azərbaycanın bəzi digər şəhərlərinə dəvət etdiyimiz Qarabağ ermənilərinin sakinlərinin nümayəndələri ilə dərhal təmaslara başlamağa hazırdır. Dünən isə Azərbaycan Prezident Administrasiyası bir daha bəyanatı ilə çıxış etdi və bizim onları reinteqrasiyaya dəvət etdiyimizi təkrarladı”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan da Qafqazın inteqrasiya olunmuş region konsepsiyasını dəstəkləyir:

“Bu proses çərçivəsində qonşu dövlətlər də mehriban qonşuluq münasibətlərinə can atmalıdır”.

Mənbə: Report.az

 

Bugün TV

Oxşar xəbərlər

İkinci Dünya Döyüşünün sursatının partlaması nəticəsində 2 işçi ağır yaralandı

Aynur Camal

Qədim şəhərə edilən terrordan iki il ötür

Aynur Camal

Con qasırğası Meksikanı vurdu: 3 nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu