Bugun.tv xəbər verir ki, Hindistanın Müdafiə Nazirliyi Çini Ladax bölgəsində ikitərəfli razılaşmaları pozmaqda ittiham edib.
Müdafiə naziri Rajnath Singh çinli həmkarı Li Şanqfu ilə “Hindistan-Çin sərhəd bölgələrindəki inkişafları və ikitərəfli əlaqələri” müzakirə edib.
Sinq bildirib ki, sərhəd pozuntuları ikitərəfli münasibətlərin “əsas təməlini aşındırıb”.
O çinli həmkarına “Hindistan və Çin arasında münasibətlərin tərəqqisinin sərhədlərdə hökm sürən sülh və əmin-amanlığa əsaslandığını” deyib və qeyd edib ki, bütün sərhəd məsələləri mövcud razılaşmalar və öhdəliklər çərçivəsində həll edilməlidir.
Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı aydın olmayan sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur.
Pekin Hindistanın “Cənubi Tibet” adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadrat kilometr əraziyə iddia edir, Yeni Dehli isə Aksay-Çin yaylası da daxil olmaqla 38 min kvadrat kilometr ərazinin Çin tərəfindən işğal edildiyini müdafiə edir.
Xatırladılıb ki, 15 iyun 2020-ci ildə sərhədin qərbindəki Ladax bölgəsindəki Qalvan vadisində Hindistan və Çin əsgərləri arasında baş verən qarşıdurmada 20 Hindistan əsgəri həlak olub. Çin də münaqişədə 4 əsgərinin həlak olduğunu bəyan edib.
Mənbə: İLKHA
