Baş xəbərDünya

Hindistan Günəşə peyk göndərir

Bugun.tv xəbər verir ki, Hindistan Günəşi öyrənmək məqsədi daşıyan Aditya-L1 peykini uğurla kosmosa çıxarıb.

Hindistan Kosmik Tədqiqatlar Mərkəzi (ISRO) Günəşlə Yer arasındakı L-1 Laqranj nöqtəsinə yerləşdirilməsi planlaşdırılan peykin Günəşin ən xarici təbəqəsini və günəş küləklərini müşahidə etmək üçün uğurla göndərildiyini bildirib.

Aditya peyki yerli vaxtla saat 11:50-də Andhra Pradeş əyalətindəki Şriharikota kosmodromundan orbitə buraxılıb.

Layihə ISRO-nun qərargahı Banqalurda yerləşən ilk Günəşi müşahidə missiyası olacaq. Büdcə 46 milyon dollar olaraq ifadə edilsə də, tədqiqat mərkəzi dəyəri ilə bağlı açıqlama verməyib.

 

Teymur Əziz

Oxşar xəbərlər

Peskov: “Lukaşenkonun Çinə səfərinin Rusiya ilə əlaqəsi yoxdur”

Nigar Məmmədova

Tramp ABŞ-ın iqtisadi problemlərinə görə Co Baydeni günahlandırdı

Nigar Məmmədova

Kabildə məscidin partlaması nəticəsində ölənlərin sayı 21-ə çatıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu