DünyaHadisə

Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırıb

Bugun.tv xəbər verir ki, Kanadada Sıx separatçı təşkilatı Khalistan Liberation Force (KLF) lideri Hardeep Singh Nijjarın qətlindən sonra mübahisə davam etdiyi üçün Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırıb.

Sözügedən addımla bağlı Kanadada Hindistan viza müraciətlərini qəbul etməyə səlahiyyətli təşkilat BLS International-ın internet saytından açıqlama verilib.

“Hindistan missiyasından vacib açıqlama: 21 sentyabr tarixindən etibarən əməliyyat səbəblərinə görə Hindistan viza xidmətləri növbəti bildirişə qədər dayandırılıb”, – bəyanatda bildirilib.

Hindistan rəsmisi mətbuata açıqlamasında qərarı təsdiqləsə də, qərarın səbəbi ilə bağlı açıqlama verməyib.

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu