23 C
Baku
16 İyun 2025, 12:42
Dünya

Hindistan Pakistana hücumla hədələyir! Gərginlik yenidən yüksəlir

Hindistan və Pakistan arasında gərginliyi bir daha artıracaq açıqlama verilib. Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar, “terror hücumları ilə təhrik ediləcəyi təqdirdə” Pakistana hücum etməyə hazır olduqlarını söyləyib. O, Pakistanı “terrorçuları hazırlamaqda” ittiham edib.

Münaqişələrə səbəb olan şərtlərin dəyişmədiyini bildirən Caişankar Pakistanı “minlərlə terrorçu yetişdirməkdə” və onları Hindistana “boşaltmaqda” günahlandırıb.

Jaishankar bildirib ki, Hindistan “terror hücumları ilə təhrik edilərsə” Pakistandakı “terror təşkilatları və liderlərinə” hücum etməyə hazırdır.

Hücum edəcəkləri hədəflərin harada olduğuna diqqət yetirməyəcəklərini ifadə edən Caişankar, “Əgər Pakistanın içində olsalar, Pakistanın içərisinə girəcəyik” deyib.

Jaishankar həmçinin keçən ay iki ölkə arasında baş verən qarşıdurmalar zamanı bəzi Hindistan təyyarələrinin məhv edildiyini inkar etməyib.

Tərəflər arasında toqquşmalar Hindistanın aprelin 22-də Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə mayın 6-da raket zərbələri endirməsi ilə başlayıb. Hindistanın baş naziri Narendra Modi rəhbərlik etdiyi kabinet iclasında hərbi hücumları “Sindoor əməliyyatı” adlandırıb və əməliyyatı “qürur anı” kimi qiymətləndirib. Hind dili lüğətinə görə, “Sindoor” sözü “evli hindu qadınlarının alınlarına sürtülmüş qırmızı toz” deməkdir.

İki ölkə mayın 10-da ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan edib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrail Qəzza zolağına raket zərbələri endirdi

Nigar Məmmədova

BMT-nin baş katibi Quterreş: Dünya Qəzzadakı iztirabları izləyir

Aynur Camal

Məktəblilərə olimpiadalar niyə lazımdır və onlardan necə imtina etmək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu