13 C
Baku
2 Dekabr 2025, 22:36
Dünya

Hindistan qarışıqlıq içindədir! Komendant saatı elan edildi

Hindistanın idarə etdiyi mübahisəli Ladax bölgəsində dövlətçilik tələbi ilə keçirilən nümayişlərdən sonra Leh şəhərində komendant saatı elan edilib.

Press Trust of India (PTI) agentliyinin məlumatına görə, Ladax vilayətinin dövlətçiliyi tələbi ilə dünən başlayan nümayişlərdən sonra regional Leh şəhərində ciddi təhlükəsizlik tədbirləri görülüb.

Əksəriyyəti polis olmaqla 4 nəfərin öldüyü və 80-dən çox insanın yaralandığı Lehdə komendant saatı tətbiq edilib. Nümayişlərdə iştirakda şübhəli bilinən azı 50 nəfər saxlanılıb.

Əvvəllər aclıq aksiyası keçirən etirazçılar dövlətçiliyi tələb etmək üçün yerli sakinləri dükanları, məktəbləri və dövlət idarələrini bağlı saxlamağa çağırıblar.

Ladax Hindistan və Çin arasında sərhəd mübahisələri ilə yadda qalan bir bölgədir. Pakistan isə Ladaxı Cammu və Kəşmirin bir hissəsi hesab edir və onun statusunu mübahisəli hesab edir.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

 Xarici işlər naziri Mövlud Çavuşoğlu Misirə gedib 

Teymur Əziz

Orbitə məlumat emalı peyklər buraxıldı

Aynur Camal

Mariya Zaxarova: “Rusiya Priştinanın vəziyyəti “qaynar fazaya” gətirən addımlarını pisləyir “

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu