14 C
Baku
11 Oktyabr 2025, 7:54
DünyaHadisə

Hindistan və Nepal fəlakət yaşayır! Daşqınlar və torpaq sürüşmələri nəticəsində onlarla insan öldü

Hindistanın Qərbi Benqal əyalətində yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub, 18 nəfər ölüb. Qonşu Nepalda 50 nəfər ölüb, onlarla insan daşqın və torpaq sürüşməsi nəticəsində yerin altında qalıb.

Hindistan və Nepalda həftə sonundan bəri yağan güclü yağışlar hər iki ölkədə fəlakətlərə səbəb olub. Qərbi Benqaliyanın Darjeeling şəhərində yağışın səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 18 nəfər ölüb.

Evlər və körpülər uçub, yollara da ciddi ziyan dəyib. Dövlət rəsmiləri bir çox insanın hələ də itkin düşdüyünü və yardım və təmir işlərinə başlanıldığını bildiriblər.

Baş nazir Mamata Banerji, “İki dəmir körpü uçdu, bir çox yollar zədələndi və su altında qaldı, kənd təsərrüfatı sahələri tamamilə su altında qaldı” deyə açıqlamasında bildirib.

Ştatın paytaxtı Kolkatada Regional Hava Direktoru H. R. Biswas həftə sonu yağan “son dərəcə güclü” yağışların davam edəcəyini və Darjeelinqdə daha çox leysan gözlənildiyini söyləyib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: Fransada hicablı tələbələrin iş müraciətlərinin 81,4 faizi rədd edilir

Aynur Camal

Dmitri Peskov: “Putin Belarus, Qazaxıstan və Özbəkistan liderləri ilə telefonla danışdı”

Nigar Məmmədova

Sərnişin təyyarəsində silkələnmə baş verdi, təxminən 50 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu