15 C
Baku
24 Oktyabr 2025, 1:50
Dünya

Hindistan əsilli Xarici Əlaqələr müşaviri ABŞ-da evində məxfi sənədlər saxlamaq ittihamı ilə saxlanılıb

ABŞ Dövlət Departamentinin baş məsləhətçisi, Hindistan və Cənubi Asiya məsələləri üzrə ekspert Ashley Tellis evində 1000 səhifədən çox məxfi dövlət sənədləri saxlamaqda ittiham edilərək saxlanılıb.

ABŞ Ədliyyə Nazirliyinin internet saytında verilən açıqlamaya görə, Dövlət Departamentinin hökumətlə yaxından işləyən 64 yaşlı baş müşaviri Tellisin evində həftə sonu axtarış aparılıb.

Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı axtarış nəticəsində “məxfi” və “tam məxfi” kimi təsnif edilən 1000 səhifədən çox sənəd aşkar edilib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə də işləyən Tellis “milli müdafiə məlumatlarını qanunsuz olaraq gizlətmək” ittihamı ilə saxlanılıb.

FTB-nin tərtib etdiyi sənədlər göstərir ki, Tellis keçən ay bir neçə dəfə hökumət kompüterlərindən ABŞ hərbi təyyarələri haqqında məlumatları ehtiva edən məxfi sənədləri çap edib.

FTB sənədlərində Tellisin son illərdə Çin dövlət rəsmiləri ilə dəfələrlə görüşdüyü, 2022-ci ildə Çin rəsmiləri ilə şam yeməyinə əlində bir faylla getdiyi, ancaq yeməyi faylsız tərk etdiyi barədə məlumatlar da yer alırdı.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Blinken: “İran təhlükəsinə qarşı İsrailə tam dəstək veririk”

Aynur Camal

Yəmən Ənsarullah Hərəkatı: Biz daha bir ABŞ pilotsuz təyyarəsini vurduq

Aynur Camal

Minlərlə insan evsiz qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu