Hindistan hökuməti AI Expo 2026 sərgisinin 19 fevral tarixində iştirakçılar üçün bağlandığını açıqlayıb.
Bildirilir ki, sərgi böyük maraq doğurduğu üçün ziyarətçi sayı rekord həddə çatıb. Bu səbəbdən təşkilatçılar təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə sərgini ictimaiyyət üçün müvəqqəti dayandırıblar.
Məlumata görə, qərar həm də ölkədə keçirilən yüksək səviyyəli diplomatik tədbirlər və rəsmi görüşlərlə əlaqəlidir. Sərgi proqramı isə tamamilə dayandırılmayıb. Hökumət sərgini bir gün uzadaraq 21 fevraladək davam etdirəcəyini bildirib.
Rəsmilər qeyd ediblər ki, tədbir süni intellekt sahəsində yeni texnologiyaların təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. AI Expo 2026-da müxtəlif ölkələrdən şirkətlər, startaplar və texnologiya mütəxəssisləri iştirak edir.
Təhlükəsizlik tədbirlərinin artırılması ilə sərginin yenidən daha nəzarətli şəkildə davam etdiriləcəyi vurğulanıb.

Mənbə: The Times of India
