Bugun.tv xəbər verir ki, “India Today”in məlumat verib. Yeni Dehlidə boya fabrikinin birinci mərtəbəsində baş verən yanğın dünən yerli vaxtla saat 21:00 radələrində nəzarət altına alınıb.
İlkin məlumata görə, yanğın zamanı 11 nəfər ölüb. 4 nəfər xəsarət alıb.
Yaralılar arasında hadisə yerinə gələn polis əməkdaşı da olub.
Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Yerli polis rəsmiləri yanğının fabrikdə baş verən partlayış nəticəsində baş vermə ehtimalını nəzərdən keçirdiklərini bildiriblər.
Mənbə trthaber
Mənbə Qaytən Qasımzadə