22 C
Baku
27 İyul 2025, 10:19
Dünya

Hindistanda internetdə tanış olduğu şəxslə evlənmək üçün uşağını öldürdü

Dehlidə baş verən hadisədə bir ananın İnstaqramda tanış olduğu kişi ilə evlənmək üçün 5 yaşlı qızını boğaraq öldürdüyü üzə çıxıb. Hindistanda bir qadın sosial media hesabı vasitəsilə Rahul adlı kişi ilə tanış olub.

Münasibətləri qısa müddətdə inkişaf edən cütlük evlilik arzusunda olmağa başlayıb.

Qadın Rahulla evlənmək niyyəti ilə Dehliyə köçüb, lakin kişi və ailəsi qadının əvvəlki ərindən olan uşağını qəbul etməyib.

Evlənmək fikrində olan qadın 5 yaşlı uşağını boğaraq öldürüb.

Daha sonra uşağın cansız bədənini xəstəxanaya aparan ana həkimlər uşağın boynunda zərbə izlərini aşkar etdikdən sonra nəzarətə götürülüb.

Dindirilmə zamanı ana övladını Rahulla evlənmək üçün öldürdüyünü etiraf edib.

Qadının övladını öldürməzdən əvvəl qohumuna buraxdığı və bu müddətdə uşağın cinsi istismara məruz qaldığı da müəyyən edilib.

Hadisə ilə bağlı istintaq davam edərkən, anaya qarşı cinayət işi açılıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Film rejissoru silahlı şəxslər tərəfindən qaçırıldı

Nigar Məmmədova

Apple-dan şok qərar: Artırılmış reallıq eynəkləri xəyalı bitdi!

Aynur Camal

Ukraynadan “Türk axını”nın ürəyinə PUA ilə hücum cəhdi oldu!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu