12 C
Baku
25 Noyabr 2024, 1:08
Dünya

Hizbullah Dəmir Qübbəni hədəf aldı

Hizbullah Hərəkatı Livanın cənubundan kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə İsrail əsgərlərinin yerləşdiyi baza və hava hücumundan müdafiə sistemi Dəmir Qübbəyə qarşı hücumlar təşkil etdiyini açıqlayıb. Hizbullah İsrail ordusuna aid sərhəd bölgəsində hərbi hədəflərə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

Açıqlamada İsrail əsgərlərinin yerləşdiyi Yiftah qəsəbəsindəki bir binaya və Ramot Naftali qəsəbəsində yerləşən “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminə kamikadze PUA ilə hücumların həyata keçirildiyi qeyd edilib.

Yiftaha hücum nəticəsində İsrail əsgərləri arasında ölən və yaralananların olduğu, Ramot Naftalıya hücum nəticəsində yanğının baş verdiyi bildirilib.

Hizbullah başqa bir açıqlamada İsrailin Ər-Rahib hərbi bazasında olan əsgərlərin və Smaki hərbi bazasındakı hərbi kəşfiyyat vasitələrinin müvafiq silahlarla hədəfə alındığını bildirib.

Sözügedən hücumlarla bağlı İsrail ordusundan verilən açıqlamada, Livandan gələn PUA sızmasına qarşı hava hücumundan müdafiə sisteminin işə salındığı, İHA-nın Yiftahda düşməsi nəticəsində yanğının baş verdiyi, digər İHA-ların isə bir yerə düşdüyü bildirilib. Açıq sahələrin də heç bir zərər görmədiyi vurğulanıb.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən davam edən qarşıdurmalarda 288 Hizbullah üzvü, 60 livanlı mülki, 18 Amal Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 13 İsrail əsgəri və 9 mülki İsrail vətəndaşı həlak olub.

Mənbə: Ntv.Tr

İntizar Əmirova

Oxşar xəbərlər

Sayları milyardlarla ölçülən həşəratlar sahilə endi!

Aynur Camal

İndoneziyanın yeni paytaxtı Nusantaraya köçdü

Aynur Camal

Sinqapurdan Avstraliyaya uçan təyyarə bomba təhlükəsindən sonra geri qayıdıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu