Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurduğunu açıqlayıb.
İranın dəstəklədiyi Livan Hizbullahının verdiyi açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib.
Açıqlamada, İsrail sərhəd xəttində yerləşən Meron yaşayış məntəqəsinə qarşı onlarla Katyuşa raketinin atıldığı bildirilib.
Qeyd edilib ki, bombardman “İsrailin Livanın cənubundakı kəndlərə və mülki evlərə, xüsusilə Kuzah, Merkebe və Sribbin şəhərlərinə hücumlarına cavab olaraq” həyata keçirilib.
Digər tərəfdən İsrail Ordusu Radiosundan edilən şərhdə ücum nəticəsində xəsarət alan və maddi tələfat barədə məlumat verilməyib.
İsrailin Livanın cənubuna endirdiyi hava hücumunda 6 nəfərin yaralandığı bildirilib.
Hizbullah bu gün verdiyi açıqlamada qarşıdurmalar zamanı daha 2 üzvünün öldürüldüyünü açıqlayıb.
Beləliklə, 2023-cü il oktyabrın 8-dən İsraillə qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 287-yə yüksəlib.
Bundan əlavə, toqquşmalarda Livandan 56 mülki şəxs, 18 Əməl Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 7 mülki İsrail vətəndaşı və 12 əsgər həlak olub.
Mənbə: TGRT