Baş xəbərDünya

Hizbullah İsrailin Dişon qəsəbəsinə hücum etdi

Hizbullah partiyasının silahlı qanadının dəstələri Livanla sərhəddən bir kilometr aralıda yerləşən Dişon qəsəbəsində İsrail ordusunun mövqelərini atəşə tutub.

Bugun.tv xəbər verir ki, bu barədə Hizbullahın hərbi informasiya xidməti teleqram kanalında bəyanat yayıb.

Bildirilir ki, zərbələr çoxsaylı raket sistemlərindən endirilib.

Bəyanatda bu əməliyyatın “İsrailin Qəzza zolağında hücumlarına müqavimət göstərən Fələstin əhalisinin rəşadətli müqaviməti ilə həmrəylik məqsədilə” həyata keçirildiyi qeyd olunub.

İsrail artilleriyası atəş açılan Ayt əş-Şaab və Aytrun yaşayış məntəqələrinin ətrafına cavab zərbələri endirib.

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu