14 C
Baku
18 Sentyabr 2025, 6:46
Dünya

Hizbullah İsrailə hücum etdi! Onlarla “Katyuşa” raketi ilə atıldı

Hizbullah Hərəkatı sərhəd bölgəsində İsrail ordusunun hərbi bazasına 30 Katyuşa raketi ilə hücum etdiyini bildirib.

Hizbullahın rəsmi Telegram hesabından verilən açıqlamada bunun İsrail qüvvələrinin Livanın cənubuna qarşı həyata keçirdiyi hücumlara qarşılıq olduğu bildirilib.

Açıqlamada İsrail ordusunun şimaldakı Qatun kazarmasında yerləşən 146-cı briqadasının “onlarla Katyuşa raketi ilə vurulduğu” qeyd edilib.

Digər tərəfdən İsrail ordusu hücumla bağlı verdiyi açıqlamada Livanın cənubundan İsrailin şimalındakı Kabri bölgəsinə 30 Katyuşa raketinin atıldığını, can itkisinin olmadığını bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İqlim dəyişikliyi 2024-cü ildə dünyaya təsir edəcək

Aynur Camal

Putindən Cənubi Koreyaya Ukrayna xəbərdarlığı: Səhv olar, cavab verəcəyik!

Aynur Camal

5 nəfəri ildırım vurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu