Dünya

Hizbullahın 2 üzvü öldürüldü

Hizbullah İsraillə toqquşmalarda daha iki üzvünün öldürüldüyünü açıqlayıb.

Hizbullah Hərəkatı Livanın cənub sərhədində İsrail ordusu ilə toqquşmada daha 2 üzvünün öldürüldüyünü açıqlayıb. İranın dəstəklədiyi Hizbullah Livanın cənubunda İsraillə toqquşmalarda itkiləri ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada qarşıdurma zamanı 2 Hizbullah üzvünün öldürüldüyü qeyd edilib. 2023-cü il oktyabrın 8-dən İsraillə qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 287-yə yüksəlib. Bundan əlavə, toqquşmalarda Livandan 56 mülki şəxs, 18 Əməl Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 7 mülki İsrail vətəndaşı və 12 əsgər həlak olub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Zaxarova: NATO Rusiya ilə müharibə aparmaq istəyir

Aynur Camal

Həkim hovuzlarda yayıla bilən infeksiyalar barədə xəbərdarlıq edib

Aynur Camal

Alimlər armud qabığından alınan ekstraktın qaraciyəri qoruya biləcəyini müəyyən ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu