8 C
Baku
12 Dekabr 2024, 10:25
Dünya

Hizbullahın səhra komandiri öldürüldü

Hizbullah İsrailin Livanın cənubuna endirdiyi hava hücumunda bir səhra komandiri də daxil olmaqla 4 üzvünün öldürüldüyünü açıqlayıb.

Qəzzada dinc sakinləri hədəfə almağa davam edən İsrail Hizbullah ilə də münaqişəsini davam etdirir. HƏMAS-ı dəstəkləyən Hizbullah Livana hava hücumunda xeyli itki verib.

Hizbullah İsrailin hücumları nəticəsində dəyən itkilərlə bağlı açıqlama verib. Açıqlamada titulu “komandir” olaraq istifadə edilən Talib Sami Abdullahın, eləcə də Məhəmməd Hüseyn Sabra, Əli Səlim Sufan və Hüseyn Kasım Həmidin həyatını itirdiyi bildirilib.

Livan yerli mətbuatında yer alan xəbərlərdə Abdullahın 1969-cu ildə Livanın cənubundakı Ədşit kəndində doğulduğu və Hizbullahın cənub bölgəsində aparıcı səhra komandirlərindən biri olduğu bildirilib.

İsrailin gecə saatlarında sərhəddən təqribən 15 kilometr uzaqlıqdakı Cuvaya kəndinə həyata keçirdiyi hava hücumunda Abdullah və digər Hizbullah üzvlərinin həlak olduğu qeyd edilib.

2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalardan bəri Hizbullah daha əvvəl bir səhra komandirinin öldüyünü açıqlamışdı. İsrail yanvarın 8-də Hizbullahın səhra komandiri Visam Həsən Tavili hava zərbəsi nəticəsində öldürüb.

2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusu ilə sərhəd xətti arasında baş verən qarşıdurmalarda ölən Hizbullah üzvlərinin sayı 339-a yüksəlib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Xarkova hücumları davam edir

Aynur Camal

İtaliyanı qorxu bürüdü: “Barbarların” oğlu yanmış cipdə ölü tapıldı

Aynur Camal

Suriya Milli Ordusundan PKK/YPG-yə qarşı əməliyyat: Azadlıq Şəfəqi! Çoxlu müxalif öldürüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu