19 C
Baku
28 İyun 2025, 7:28
Baş xəbərDünya

Hökumət əleyhinə etirazlar və vətəndaş itaətsizliyi davam edir

İsraildə baş nazir Benyamin Netanyahu hökumətinin mübahisəli məhkəmə nizamnaməsinə və sağçı siyasətinə qarşı ölkə daxilində kütləvi nümayişlər və vətəndaş itaətsizliyi davam edir.

Baş nazir Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı koalisiya hökumətinin məhkəmə tənzimlənməsinə reaksiya verən israillilər etirazların 18-ci həftəsində yenidən küçə və meydanlara çıxıb.

Əllərində İsrail bayraqları və “demokratiya” şüarları səsləndirən minlərlə nümayişçi koalisiya hökumətindəki ifrat sağçı siyasətçiləri tənqid edən plakatlar qaldırıblar.

Netanyahu hökumətinin sağçı siyasətinə qarşı çıxan etiraz qrupları ultra-pravoslav yəhudilərin (Haredi) hərbi xidmətdən azad edilməsinə və onların ölkə siyasətindəki sözlərinə cavab olaraq bu həftəki nümayişləri “Milli Bərabərlik Günü” adlandırıblar.

Təl-Əvivdə İsrail bayraqları ilə yürüş edən yüzlərlə nümayişçi şəhərin əsas küçələrində nəqliyyatın hərəkətini dayandırıb.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Yük maşını iki fəhlə avtobusuna çırpıldı: 10 nəfər yaralandı

Bugün TV

Çətənə bitkiləri aşkar edildi

Kəmalə Sultan

Ərdoğanın qələbəsi Türkiyə və region iqtisadiyyatı üçün nə vəd edir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu