İfrat sağçı Azadlıq Partiyasının (PVV) koalisiyadan çıxmasından sonra baş nazir Dik Şofun rəhbərlik etdiyi Hollandiya hökuməti dağılıb. Qərar qaçqın və immiqrasiya siyasətləri ilə bağlı fikir ayrılıqlarına görə verilib. Koalisiyanı təşkil edən mühafizəkar VVD, sağ mərkəzçi MŞT və fermerlər partiyası BBB PVV lideri Geert Wilders-in tələbləri ilə bağlı razılığa gələ bilməyib. Vilders Hollandiyanın qaçqın və immiqrasiya siyasətinə radikal məhdudiyyətlər qoymağa çağırmışdı.
“Heç bir imza, heç bir tənzimləmə; PVV koalisiyanı tərk edir” deyib.
VRT xəbərlərinin verdiyi məlumata görə, Vilders koalisiya razılaşmasına sərhədlərin qaçqınlar üçün bağlanması, hərbi sərhəd nəzarətinin artırılması, qaçqın mərkəzlərinin azaldılması və müvəqqəti yaşamaq icazəsi olan suriyalıların deportasiyası daxil olmaqla 10 sərt tədbirin daxil edilməsini tələb edib.
Wilders bir gün əvvəl koalisiyadan çıxmaq üçün işarə vermişdi: “Heç nə dəyişməsə və ya kifayət qədər dəyişiklik olmasa, PVV gedəcək”.
Mənbə: TrtHaber