25 C
Baku
20 İyul 2025, 8:36
Baş xəbərDünya

Hollandiya Türkiyəyə qarşı müdafiə sənayesinin ixracı ilə bağlı qoyduğu məhdudiyyəti qaldırdı

Bugun.tv xəbər verir ki, Hollandiya bəzi müdafiə sənayesi avadanlıqlarının Türkiyəyə ixracına qoyulan məhdudiyyəti aradan qaldırdığını açıqlayıb.

Hollandiyanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və İqtisadiyyat və İqlim İşləri Nazirliyi müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarı ilə bağlı birgə mətn dərc edib.

Üç nazirliyin birgə mətni Avropada müdafiə sahəsində əməkdaşlığın daha da yaxınlaşmasını təşviq etmək üçün Hollandiya hökumətinin silah ixracına nəzarətlə bağlı gördüyü tədbirləri diqqətə çatdırıb.

Mətndə Hollandiya hökumətinin Avropa müdafiə əməkdaşlığını gücləndirmək və Hollandiyanın bu layihələrdə iştirakını təşviq etmək istədiyi bildirilib. Bunun Avropada ədalətli rəqabət tələb etdiyi önə çəkilib.

Müdafiə sektorunun iqtisadi canlılığının və innovativ gücünün böyük ölçüdə ixracdan asılı olduğu və bu sektorun dövriyyəsinin yarısından çoxunun (54 faiz) ixracdan gəldiyi vurğulanıb.

Bu çərçivədə hazırda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı üçün qüvvədə olan müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan məhdudiyyət qərarının dərhal sona çatacağı qeyd edilib.

Mənbə: AAHaber

Teymur Əziz

Oxşar xəbərlər

Mağazaya silahlı hücum oldu,2 nəfər öldü

Nigar Məmmədova

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atdı

Nigar Məmmədova

Süni intellekt insan ağlını oxudu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu