17 C
Baku
10 İyun 2025, 6:23
Dünya

Hollandiyada narkotik maddə olan konfet də Belçika bazarından geri çağırılır

Hollandiyada narkotik maddə olan Haribo markalı konfetin Belçikada da ehtiyat tədbiri olaraq geri çağırıldığı bildirilib. Belçika Qida Zəncirinin Təhlükəsizliyi Federal Agentliyinin (FAVV-AFSCA) sözçüsü Liesbeth Van de Voorde, Haribo markalı məhsulların Belçika bazarından geri çəkilməsi ilə bağlı AA müxbirinə yazılı açıqlama verib.

Van de Voorde, “Bu günə qədər istehlakçı ilə əlaqə nöqtəsi vasitəsilə heç bir sağlamlıq problemi bildirilməyib” deyib.

Sözçü qərarın ehtiyat tədbiri olduğunu bildirib və Haribonun rəsmi açıqlamasını da paylaşıb. Sözügedən açıqlamada “HAPPY COLA F!ZZ (1000 qram)” məhsulunun istehlakçılardan başgicəllənmə şikayətləri daxil olduqdan sonra Hollandiya və Belçikadan geri çağırıldığı bildirilib.

Açıqlamada vəziyyətin yalnız 3 paketdə təsbit edildiyi, lakin ehtiyat tədbiri olaraq bütün ehtiyatın geri çağırıldığı və “Digər Haribo məhsullarının təhlükəsiz şəkildə istehlak edilə biləcəyi” ifadə edilib.

Açıqlamada həmçinin istehlakçılara “L341-4002307906” kodlu məhsullarla rastlaşdıqları təqdirdə istehlak etməməyə çağırılıb.Ruslar kosmosa süni intellekt modeli göndərəcək

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Dmitri Bakanov Sberbank tərəfindən hazırlanmış GigaChat süni intellekt modelini Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcəklərini açıqlayıb.Bakanov Rusiyanın Nijni Novqorod şəhərində keçirilən “CIPR 2025” konfransında çıxış edib.

Rus kosmonavtlarının süni intellektlə dəstəklənəcəyini açıqlayan Bakanov, “GigaChat’ı ISS-ə göndərəcəyik. Növbəti insanlı kosmos səfəri payızda, daha sonra martda olacaq. Bunu payıza qədər bitirmək istəyirik” deyib.

Rusiyanın ən böyük bankı Sberbank tərəfindən 2023-cü ildə hazırlanmış süni intellekt modeli olan GigaChat ChatGPT-yə Rusiya alternativi olaraq görülür.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Gürcüstanda etirazçılarla polis arasında toqquşma olub: 34 nəfər saxlanılıb

Aynur Camal

Suriya prezidenti Xameneyi ilə görüşüb

Aynur Camal

Tramp açıq şəkildə İranı hədələyib: Sizin ölkəniz məhv olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu