21 C
Baku
15 Mart 2025, 16:10
Baş xəbərDünya

Hollandiyada yetişdirilən xüsusi lalə növünə “Qızıl Zəfər” adı verildi

Hollandiyada xüsusi olaraq yetişdirilən qırmızı “zəfər” laləsi Türkiyənin ən uzun çayı olan “Kızılırmak”ın şərəfinə adlandırılıb. Lalənin adının Kızılırmak qoyulduğu Haaqa səfirliyində keçirilən görüşdə hollandiyalı qonaqlar və türk qurumlarının nümayəndələri bir araya gəlib.

Türkiyənin Haaqa səfiri Səlçuk Ünal İstiqlal Marşının qəbulunun 104-cü ildönümü münasibətilə təşkil edilən mərasimdəki çıxışında, “Royal Anthos” və “Smit Flowers” ilə əməkdaşlıqda xüsusi olaraq yetişdirilən qırmızı “zəfər” laləsinə ad verməklə bu laləni bu özəl günə həsr etmək istədiklərini bildirib.

Ünal, “Türk və Hollandiya xalqları üçün daşıdığı mənaya görə bu ildönümünü lalə ilə qeyd edirik. Lalə hər iki xalq üçün gözəllik, firavanlıq və zəriflik simvoludur. Lalə sadəcə bir çiçək deyil, xalqlar arasında körpülər quran, xalqımız arasındakı dərin tarixi və mədəni bağları əks etdirən bir simvoldur” deyib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə ağır yol qəzası oldu, ölən və yaralananlar var

Kəmalə Sultan

Rusiya Ulu Öndərin 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxacaq

Aynur Camal

ABŞ-da tək mühərrikli təyyarə magistral yolda qəzaya uğrayıb: 1 nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu