14 C
Baku
21 Noyabr 2024, 18:12
Dünya

Hollandiyanın 15 şəhərində Qurani-Kərim paylanıldı

Hollandiyada “Kral Günü”ndə İslamı izah etmək üçün müxtəlif şəhərlərdə hollandca mənalı Qurani-Kərim paylanılıb. Hollandiyada Müsəlman Perspektiv Fonduna bağlı “Niyə İslam” bölməsinin rəhbərləri və könüllüləri 15 şəhərdə “İslama dəvət” adlı tədbir təşkil ediblər.

Tədbirdə Kral Gününü qeyd etmək üçün şəhərin mərkəzinə gələnlərə Qurani-Kərimin hollandca tərcüməsi ilə hədiyyə edilib, İslam dini ilə bağlı broşürlər paylanılıb, İslam dini izah edilib.

Rotterdam şəhərində Qurani-Kərimi paylayan “Niyə İslam” bölməsinin rəhbəri Bəkir Ekinci bildirib ki, onların məqsədi Qurani-Kərimi qeyri-müsəlman holland xalqına paylamaq, İslamı izah etmək və Quranla tanış olmaqda kömək etməkdir. Ekinci, “Əgər İslama qarşı həqiqətən səmimidirlərsə, bu münasibətlə onları İslama dəvət edirik. Əlhəmdülillah, bu gün ən azı 5 nəfərin İslamı qəbul etməsinə kömək etdik. Burada 5 nəfər İslamla şərəfləndi” deyib.

Son illərdə Hollandiyada İslama böyük marağın olduğunu bildirən Ekinci, “Qurana tələbat var. Bir çoxları mütləq Quran oxuyacaqlarını deyirlər. Bu şəkildə Allahın izni ilə , bir çox insanın İslamla tanış olmasında və ya İslama girməsində vəsilə oluruq” dedi.

Ekinci, “Yalnız Rotterdamda deyil, xüsusilə də bu gün Kralın doğum günü olduğu üçün 15 şəhərdə stendlər qurduq. Kral Günündə çox sayda insan küçələrə çıxdığı üçün bu, bizim üçün yaxşı bir fürsət oldu” dedi.

Tədbirdə iştirak edən və hədiyyə olaraq Qurani-Kərim alan Tara Mercera tədbirin çox gözəl keçdiyini bildirərək, “İnsanları ruhlandırmaq, İslamı başqaları ilə paylaşmaq və ehtiyacı olanlara İslamı izah etmək çox gözəl bir hərəkətdir”.

Mercera, “Bəli, oxuyacağam. Məncə, çox maraqlıdır. İncili oxudum, indi Quranı oxuyacağam. Baxacağam ki, bu mənə hansı perspektiv verəcək, onda hansı gözəlliklər tapacağam” dedi.

Daha əvvəl heç bir dini kitab oxumadığını deyən Silke Hofman həmçinin Qurani-Kərimi yaymağın çox gözəl olduğunu və mütləq oxuyacağını bildirib.

Aty Blaauboer, “Mütləq oxuyacam. Qurandan alacağım gözəllikləri nəvələrimə ötürəcəm” deyib.

Hollandiyada Kral Günü ölkə daxilində müxtəlif tədbirlərlə qeyd olundu.

Səhər saatlarından etibarən Emmen şəhərində gözləyən insanlar tərəfindən böyük coşqu ilə qarşılanan Kral Willem Alexander və həyat yoldaşı Kraliça Maksima və ailənin digər üzvləri bayramlara günlər öncədən hazırlaşaraq şənliklərə qatılıblar.

Narıncı rənglərlə bəzədilmiş ölkədə böyük şəhərlərlə yanaşı, digər şəhərlərdə də tədbirlər keçirilib. Narıncı rəngli paltarlar geyinən və küçələrdə ənənəvi oyunlar oynayan tədbirlər üçün xüsusi ənənəvi yeməklər hazırlanıb.

Kral Günündə insanlar küçələrdə dükan açıb istədikləri məhsulu sata bilərlər. İkinci əl əşyalar bir qayda olaraq qurulmuş köşklərdə satılır.

Əvvəllər “Kraliça Günü” kimi qeyd edilən günün adı 11 il əvvəl Kral Villem İskəndərin taxta çıxmasından sonra “Kral Günü” olaraq dəyişdirilib. Hollandiyanın milli bayramları arasında olan qeyd etmələr 31 avqust 1885-ci ildə Kraliça Vilhelminanın doğum günündə başlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Putin: Bəzi Qərb dövlətlərinin Ukraynada münaqişəni davam etdirmək siyasəti yanlışdır

Aynur Camal

Təl-Əvivdə müxalifətin kütləvi mitinqindən sonra dörd nəfəri saxlanıldı

Nigar Məmmədova

Parisdə Sena çayı çirkləndi: Üzgüçülük yarışı ləğv edildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu