6 C
Baku
25 Fevral 2026, 2:30
Mədəniyyət

Homerin eposu əsasında yeni film çəkiləcək

Əfsanəvi yunan şairi Homerə aid edilən “Odisseya” epik poeması əsasında yeni film çəkiləcək. Bu dəfə mövzuya italiyalı rejissor Uberto Pazolini quruluş verəcək.

Bugun.tv  xəbər verir ki, “Qayıdış” adı verilən filmin ssenarisini Con Kolli və Edvard Bond yazıblar. Kinolayihə hələ 2022-ci ilin aprelində anons olunsa da, çəkilişlərə 2024-cü ildə başlanılacağı bildirilir.

Yunanıstanda çəkiləcək filmdə əsas rolları ingilis aktyor Reyf Fayns və fransız aktrisa Jülyett Binoş oynayacaqlar. Onlar 9 “Oskar” mükafatı qazanmış “İngilis pasiyenti” (1996, rejissor Entoni Mingella) filmində tərəf-müqabil olublar.

Ekran əsəri İtaliya, Yunanıstan, Böyük Britaniya və Fransanın birgə istehsalı olacaq.

Qeyd edək ki, Homerin “Odisseya”sı kino sənəti meydana çıxandan bəri dəfələrlə bədii, eləcə də animasiya filmlərinin mövzusu olub. İlk kino nümunəsi 1911-ci ildə İtaliyada lentə alınıb. Bu silsilədə italyan rejissor Mario Kamerininin 1954-cü ildə çəkdiyi film və rus rejissor Andrey Konçalovskinin Hollivudda işləyərkən 1997-ci ildə ekranlaşdırdığı ikiseriyalı “Odisseya” (çəkilişlərin bir hissəsi Türkiyədə aparılmışdı) daha çox məşhurdur.

Bugün TV

Oxşar xəbərlər

“Yarımçıq qalmış” tamaşa layihəsi uğurla başa çatdı

Aynur Camal

“Əlində gündəlik əşyalarla gəzmək” runway trendi

Aynur Camal

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu